01 mart 2024, 18:50

Fuad Həsənovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident,

Seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Xalqımız müdrik Prezidentimizin – Sizin ətrafınızda sıx birləşib. Əminik ki, dövlət başçımız olaraq Siz bu birlikdən aldığınız güc və xalqımızın dəstəyi ilə Azərbaycan dövlətinin inkişafı yolunda bundan sonra da çox işlər görəcək, yeni-yeni nailiyyətlər əldə edəcəksiniz. Sizin rəhbərliyinizlə ölkəmiz böyük uğurlar qazanacaq. Bizim Sizə inamımız və etimadımız böyükdür!

Hörmətli cənab Prezident, dövlətimizi daha da gücləndirmək, xalqımızın rifahını daha da yaxşılaşdırmaq, üçrəngli bayrağımızı daha da uca etmək naminə fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Fuad Eldar oğlu Həsənov

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.