Nahid İsayevdən, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident,
Tariximizə ən parlaq Qələbəni Siz yazdınız, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydunuz. 44 günlük Vətən müharibəsi dövründə təkcə biz yox, bütün dünya Sizi heyrətlə izlədi.
Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. Siz təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat deyilsiniz, həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi Lidersiniz.
Fevralın 7-də qazandığınız mühüm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, fəaliyyətinizdə böyük uğurlar, ölkəmizə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İsayev Nahid
Azərbaycan Respublikası, Saatlı rayonu