02 mart 2024, 09:12
Hikmət Abdurahmanovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə dövlətimiz bundan sonra daha da güclənəcək. Azərbaycanın hərtərəfli inkişafı üçün dövlət başçısı olaraq yorulmadan fəaliyyət göstərirsiniz. Müxtəlif sahələrdə əldə etdiyimiz nailiyyətlər Sizin gərgin əməyinizin nəticəsidir. Sizə çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Ömrünüz uzun olsun!
Xalqımız öz dövlət başçısı ilə qürur duyur, Azərbaycanımızın maraqları naminə böyük fədakarlıq nümayiş etdirən Prezidenti ilə fəxr edir!
Hörmətlə,
Hikmət Məmmədiyə oğlu Abdurahmanov
Azərbaycan Respublikası, Şəki rayonu, Oraban kəndi.