02 mart 2024, 09:14
Elşad Qurbanovdan, Tovuz, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi prezident seçkilərində qazandığınız uğurlu qələbə münasibətilə özümün və şəhid ailələrinin adından təbrik edirəm. Bu seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilməklə tarixə düşdü.
Siz xalqımızın, seçicilərimizin ümumi rəyi və iradəsi ilə yenidən ölkəmizin başçısı oldunuz. Sizə növbəti prezidentlik fəaliyyətinizdə doğma Azərbaycanımızın daha da sürətlə inkişaf etdirilməsi və beynəlxalq aləmdə daha yüksək mövqelərdə olması naminə işlərinizdə uğurlar və cansağlığı arzu edirəm.
Hörmətlə,
Qurbanov Elşad Nurəddin oğlu, şəhid atası
Azərbaycan Respublikası, Tovuz rayonu, Əyyublu kəndi