02 mart 2024, 10:12
Sahib Süleymanovdan, İmişli, Azərbaycan
Hörmətli cənab Prezident!
Növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz kiçikdən-böyüyə hər kəsin könlündə taxt quran, xalqına sonsuz sevgi bəsləyən dövlət başçısısınız. Məhz bu səbəbdən qədirbilən xalqımız Sizi yenidən Prezident seçdi və bununla da ölkə rəhbərinə və Azərbaycanın parlaq gələcəyinə olan sonsuz inamını bir daha bütün dünyaya sübut etdi.
Möhtərəm cənab Prezident, əminəm ki, Sizin rəhbərliyinizlə gündən-günə çiçəklənən Vətənimiz daim yüksək nailiyyətlər əldə edəcək! Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram.
Dövlətimizlə və Prezidentimizlə qürur duyuram!
Hörmətlə,
Sahib Lətif oğlu Süleymanov
Azərbaycan Respublikası, İmişli rayonu, Sarxanlı kəndi.