02 mart 2024, 10:25

Aysel Əsədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin vətəndaşlarımızın firavanlığı, rahat yaşayışı naminə atdığınız hər bir addım daim böyük minnətdarlıqla qarşılanır. Gördüyünüz işlərlə hər bir azərbaycanlının Prezidenti olduğunuzu dəfələrlə sübut etmisiniz. Biz Sizə inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik.

Sizi qalib xalqın qalib Lideri kimi seçkilərdə qələbə çalmağınız münasibətilə ürəkdən təbrik edirəm. Biz gənclər gələcəyə doğru Sizinlə birlikdə addımlamaqdan qürur duyuruq.

Hörmətlə,

Əsədova Aysel, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının əməkdaşı

Azərbaycan Respublikası, Şəki şəhəri