02 mart 2024, 12:01

Vəfa Ələsgərlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan

Sizin rəhbərliyiniz və şəhidlərimizin qəhrəmanlığı ilə Qarabağımız düşməndən azad edildi, erməni terrorçuları ərazilərimizdən tamamilə uzaqlaşdırıldı.

Bu gün artıq torpaqları işğaldan azad olmuş, azad müstəqil və güclü Azərbaycanda tam rahat və təhlükəsizlik şəkildə yaşayır, seçkilərdə öz iradəmizi göstəririk.

Respublikamızda şəhidlərin əziz xatirəsi uca tutulur, şəhid ailələrinə və onların övladlarına çox böyük diqqət göstərilir. Bütün bunlara görə xalqımız növbədənkənar prezident seçkilərində məhz Sizə səs verərək növbəti dəfə prezident seçilməyinizi istədi.

Sizi seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə təbrik edir, üzərinizə götürdüyünüz bu şərəfli işinizdə müvəfəqiyyətlər arzulayıram.

Hörmətlə,

Ələsgərli Vəfa , Vətən müharibəsinin şəhidi Zaur Ələsgərovun həyat yoldaşı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri