02 mart 2024, 10:52
Zaur Məmmədovdan, Ağsu, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin gücünüz Azərbaycan xalqının Sizə olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur və ölkənin gələcəyini Sizinlə görür.
Atdığınız bütün addımlar göstərir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Buna görə də xalqımız Sizin arxanızdadır.
Cənab Prezident, növbədənkənar seçkilərdə qalib gəlməyiniz münasibətilə Sizi və xalqımızı təbrik edirəm.
Allah Sizi var, işinizi avand eləsin!
Hörmətlə,
Məmmədov Zaur Məmmədağa oğlu,
Azərbaycan Respublikası, Ağsu rayonu