Mehman Məmmədovdan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Cənab Prezident, çox şükürlər olsun ki, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Sizin mahir sərkərdəlik bacarığınız, müzəffər ordumuzun igid oğullarının şücaəti sayəsində bölgədə yeni reallıqlar yaranıb.
Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətimizin tərəqqisi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qalib Dövlətin, Qalib Liderinə eşq olsun!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Məmmədov Mehman Fərman oğlu, 2-ci Qarabağ qazisi.
Azərbaycan Respublikası, Göygöl rayonu, Yeni Qızılca kəndi.