02 mart 2024, 11:48
Abduləziz Süleymanovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi seçkilərdə qazandığınız parlaq qələbəniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Məhz Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun sayənizdə doğma torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. İnanırıq ki, Ordumuzun daha da gücləndirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi inkişafı istiqamətində işlərinizi bundan sonra da uğurla davam etdirəcəksiniz.
Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Biz xoşbəxt insanlarıq ki, bu dövrün canlı şahidləriyik.
Hörmətlə,
Abduləziz Süleymanov
Azərbaycan Respublikası, Şəki rayonu, Baş Kəldək kəndi.