02 mart 2024, 13:29

Gülbəniz Məmmədovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəhid ailələrinin üzvləri adından təbrik edirəm. Ölkənin, millətin həyatını dəyişəcək, bizə daim zəfər sevinci yaşadacaq bu qələbənizə görə çox sevincliyik.

Siz Azərbaycan xalqının otuz illik nisgilinə son qoydunuz, şəhidlərimizin ruhunu şad etdiniz, torpaqlarımızı işğaldan azad edərək gələcək nəsillərin xoşbəxtliyini təmin etdiniz. Siz güclü siyasi qərarlarınız və zəfərlərinizlə regionda sülhün bərpasına səbəb oldunuz.

Bundan sonra da müqəddəs niyyətlərinizə çatmaq üçün Allahdan Sizə kömək olmasını, ölkəmizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini diləyirəm.

Hörmətlə,

Məmmədova Gülbəniz Eyvaz qızı, şəhid ailəsi

Azərbaycan Respublikası, Gəncə şəhəri