02 mart 2024, 13:39
Bağdagül Tağıyevadan, Daşkəsən, Azərbaycan
Möhtərəm Prezident,
İllər uzunu doğma Azərbaycanımız və xalqımız üçün böyük zəhmət çəkərək, xalqımızı qalib xalq, özünüzü isə qalib Lider etdiyiniz üçün Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.
Möhtərəm Prezident, Siz, Ulu Öndərimiz Heydər Əliyevin çox dəyərli övladı, Azərbaycan xalqının böyük Oğlusunuz. Sizi bağrıma basıram!
Ulu Öndərimizin vaxtilə dediyi sözlər bu gün həyatda öz təsdiqini tapır. Azərbaycan dünyaya sanki Günəş kimi doğmuşdur. Həm regional baxımdan, həm də bir sıra ölkələr üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyırıq, bir çox məsələlərdə nümunə göstərilirik.
Sizə gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
Tağıyeva Bağdagül
Azərbaycan Respublikası, Daşkəsən rayonu.