Kamil Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli Prezident,
Fevralın 7-də keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm. Yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının Sizə olan yüksək inam və etimadının göstəricisidir.
Siz ölkə rəhbəri kimi ötən iyirmi il ərzində dövlətimiz və xalqımız üçün çox böyük işlər görmüsünüz. Çətinliklərə, təzyiqlərə baxmayaraq Siz hər zaman qətiyyətlə, cəsarətlə ölkəmizin, xalqımızın maraqlarını qorumusunuz, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmisiniz. Tarixi ədalət Sizin müdrik siyasətiniz sayəsində bərpa olundu. Siz Qarabağı işğaldan azad etməklə Azərbaycanı dünyada qalib dövlət, xalqımızı qalib xalq kimi tanıtmısınız, ölkəmizin nüfuzunu artırmış, mövqeyini möhkəmləndirmisiniz. Bütün bu nailiyyətlərə yüksək qiymət verən qədirbilən xalqımız haqlı olaraq Azərbaycana rəhbərliyinizin, uğurlu daxili və siyasətinizin davamlı olmasını istədi və yenidən Sizə səs verdi.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, respublikamıza hər zaman uğurlar, zəfərlər qazandıran çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Yaşasın Azərbaycan!
Yaşasın “Dəmir yumruq”lu müzəffər Ali Baş Komandanımız!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ədliyyə Nazirliyinin Umbakı penitensiar kompleksindən
Kamil Ramiz oğlu Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri