Müşfiq Yusifov və Günel Yusifovadan, Yevlax, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi çox sevindirdi. Siz bizim əvəzolunmaz Liderimizsiniz. Azərbaycan xalqı növbəti dəfə Sizə etimad göstərməklə inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdi və kamil, müdrik bir xalq olduğunu bir daha nümayiş etdirdi.
Seçkilərin nəticələri sübut etdi ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavanlığını, dövlətimizin daha da inkişafını, müstəqilliyimizin möhkəmlənməsini Sizin ölkəmizə rəhbərliyinizin davamlı olmasında görürlər. Təbii ki, xalqımız ölkəmizin son 20 ildə Sizin prezidentliyiniz dövründə qazandığı uğurları görərək bu qərara gəlib. Xalqına tarixi zəfərlər qazandıran müzəffər Lider olaraq Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizlə müstəqil dövlətimiz yeni uğurlara doğru etibarlı təminat aldı. Sizinlə qürur duyuruq. Siz öz qətiyyətiniz, uzaqgörən siyasətinizlə Azərbaycanı dünyada nüfuz sahibi olan qüdrətli dövlətə çevirmisiniz. Bizə qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşatdığınıza görə Sizə minnətdarıq. Xalqın Sizə olan hörməti, rəğbəti, məhəbbəti sonsuzdur.
Cənab Prezident, seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, Vətən və xalq qarşısındakı xidmətlərinizdə nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Müşfiq Yusifov və Günel Yusifova
Azərbaycan Respublikası, Yevlax rayonu, Havarlı kəndi