Aysun Həsənlidən, Abşeron, Azərbaycan
Hörmətli və qayğıkeş Prezident!
Mən bir şəhid övladı olaraq, Sizdən və dövlətimizdən çox razıyam. Bu vaxta qədər həyatımın hər mərhələsində Sizin və Mehriban xanım Əliyevanın diqqətini və qayğısını hiss etmişəm. Qarabağda, o cümlədən Xankəndidə prezident seçkilərini seyr etdikcə atamın ruhunun şad olduğunu düşündüm. Atam da ölkəmizi bütöv, azad və təhlükəsiz görmək istəyirdi. Bütün bunlara Sizin sayənizdə nail olduq.
Bu il ilk dəfə səsvermə hüququndan istifadə edərək, qalib Liderimə - Sizə səs verdim. Sizi fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə təbrik edir və Sizin rəhbərliyiniz altında xalqımıza bundan sonra da bol-bol uğurlar arzulayıram.
Hörmətlə,
Həsənli Aysun Elşad qızı
Vətən müharibəsi şəhidinin övladı, tələbə
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.