02 mart 2024, 15:16

İbrahim Abdurahmanov, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz gənclərimizin ən böyük himayəçisi və dəstəkçisisiniz. Sizin gənclərlə çoxsaylı görüşləriniz, onların diqqət və qayğıları ilə maraqlanmanız ölkə gəncliyinə diqqət və qayğınızın təzahürüdür. Çıxışlarınızın birində dediyiniz “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləriniz Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Biz gənclər də Sizin qayğınızı daim öz üzərimizdə hiss edərək, uğurlarımızla bu qayğını doğrultmağa çalışırıq.

Gənclər adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, qalibiyyətinizə ürəkdən sevinir, gələcəyimizin əmin əllərdə olduğunu görürük.

Hörmətlə,

Abdurahmanov İbrahim

Azərbaycan Respublikası, Mingəçevir şəhəri