02 mart 2024, 15:27
Cəmilə İsmayılovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.
Əgər bu gün Azərbaycan Ordusu qalib ordu statusuna yiyələnibsə, bu nailiyyət Ümummilli Lider Heydər Əliyev siyasi xəttinin, güclü dövlət quruculuğu strategiyasının Sizin tərəfinizdən dəqiqliklə və yüksək peşəkarlıqla yürüdülməsinin nəticəsidir.
Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə bol-bol uğurlar arzulayıram.
Hörmətlə,
İsmayılova Cəmilə
Azərbaycan Respublikası, Bakı şəhəri