02 mart 2024, 15:38
Vahid Hüseynovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Dünya siyasət aləmində və dahi şəxsiyyətlər içərisində xüsusi yeriniz bizdə qürur və fəxarət hissi yaradır.
Azərbaycan dünyaya məğrur və sülhsevər ölkə kimi tanıtmağınız beynəlxalq aləmdə dövlətimizə və xalqımıza yüksək nüfuz qazandırmışdır.
Növbədənkənar Prezident seçkilərində yüksək səs çoxluğu ilə parlaq qələbə qazanmağınız münasibətilə Sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramla,
Hüseynov Vahid, “Aqro-Az”MMC-nin baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri