Elşən Rzayevdən, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Xalqımız fevralın 7-də işıqlı sabahlara, xoşbəxt gələcəyə və tərəqqiyə səs verdi, layiqli dövlət başçımızı – Sizi yenidən dəstəklədi. Çünki Siz gecənizi gündüzünüzə qataraq yorulmadan çalışıb Azərbaycanımızı qalib ölkəyə çevirdiniz. Bununla da ən böyük arzumuzu həyata keçirdiniz.
Möhtərəm cənab Prezident, xalqımız hər zaman Sizinlə bərabər addımlayacaq, Sizi daim dəstəkləyəcək! Ali dövləti fəaliyyətinizdə Sizə güc-qüvvət, müvəffəqiyyətlər arzulayıram!
Yaşasın müstəqil Azərbaycanımız!
Yaşasın müdrik Prezidentimiz!
Hörmətlə,
Elşən Ələkbər oğlu Rzayev, qəsəbə sakinləri adından.
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi.