02 mart 2024, 16:00
Xəyalə Əliyevadan, İmişli, Azərbaycan
Əziz və hörmətli Prezident,
Fevralın 7-də keçirilən Zəfər seçkisində uğur qazanaraq, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirirsiniz. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Ona görə ki, Siz ata vəsiyyətini yerinə yetirmisiniz, torpaqlarımızı işğaldan azad etmisiniz.
Cənab Prezident, Siz xalqımızın fəxri və qürurusunuz. Allah Sizə uzun ömür, cansağlığı versin.
Hörmətlə,
Əliyeva Xəyalə Salman qızı
Azərbaycan Respublikası, İmişli şəhəri.