02 mart 2024, 16:11

Vüsalə Əhmədovadan, Abşeron, Azərbaycan

Cənab Prezident!

Siz ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən bu vaxta qədər xalqımız qarşısında verdiyiniz bütün sözlərə, vədlərə əməl etmisiniz. Ölkəmizin iqtisadi inkişafı şaxələnib və surətlənib, Vətənimizin ərazi bütövlüyü bərpa olunub, hər bir Azərbaycan vətəndaşı Sizin rəhbərliyiniz ilə firavan həyat yaşayır. Biz əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə Azərbaycanın inkişafı daha da surətlənəcək.

Sizi fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə təbrik edir, dövlətimizin Sizin rəhbərliyiniz altında daha da çox uğurlar əldə edəcəyinə əmin olduğumu bildirirəm.

Hörmətlə,

Əhmədova Vüsalə Əlirza qızı,

Vətən müharibəsi şəhidinin həyat yoldaşı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.