02 mart 2024, 16:35

Nəriman Səmədovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident!

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın dilbər guşəsi Qarabağın tam azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqımız üçün misilsiz xidmətin zirvəsidir. Hər bir qələbənin arxasında güc, qətiyyət, iradə və inam durur. Çox şadıq ki, bütün bunlar Sizdə cəmləşmişdir.

Möhtərəm Prezident, seçkilərdə qazandığınız qələbə münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram

Azərbaycan xalqı daim Sizinlədir!

Hörmətlə,

Nəriman Səmədov

Azərbaycan Respublikası, Şəki rayonu, Cəfərabad kəndi.