İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir

29 oktyabr 2012, 18:23

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.

Dövlət başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı-Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.

Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da daim möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər. 

SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02