02 mart 2024, 17:08

Elvin Əhmədovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilmiş seçkilərdə uğur qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə özümün və ailəmin adından Sizi təbrik edirəm.

Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, əzəli torpaqlarımızı işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzumuz biz azərbaycanlılar üçün qürurvericidir. Böyük Qayıdışa uyğun olaraq biz də tezliklə doğma Laçın şəhərinə dönəcəyimiz günü səbirsizliklə gözləyirik.

Allah Sizə və ailənizə uzun ömür versin, cənab Prezident. Sizin uğurlarınız Azərbaycan xalqını hər zaman irəli aparır.

Hörmətlə,

Elvin Əhmədov,

Laçın şəhər sakini

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.