02 mart 2024, 17:29

Füzuli Rzaquliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan!

90 minlik veteran ordusunu özündə birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından Sizi növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbənizi böyük sevinc və iftixar hissi ilə təbrik edirəm.

Sizin şah əsəriniz - Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir. Ulu öndər Heydər Əliyev əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə Siz başa çatdıra biləcəksiniz.

Yeni-yeni qələbələrinizdə Sizin sadiq əsgərləriniz olaraq daim yanınızdayıq.

Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik!

Hörmətlə,

Rzaquliyev Füzuli

Azərbaycan Respublikası, Bakı şəhəri