Mais Rzayevdən, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Siz hər zaman vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, xalqı dinləyirsiniz. Vətəndaşın xoş günündə, çətin günündə də bir an onları tək qoymayırsınız. Bu, böyük bir xalq sevgisidir, vətən sevgisidir.
Siz ictimai və siyasi cəsarətiniz, təşəbbüskarlığınız ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanmısınız. Sizin prezidentliyiniz dövründə müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, nəzərəçarpan yüksəliş baş vermişdir.
Sizi növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Allah Sizi və dövlətimizi qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rzayev Mais Fail oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri