02 mart 2024, 17:50
Telman Abdulkərimovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu illər ərzində dövlətimizin inkişaf etməsi, güclənməsi istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizi dəstəkləyirik və hər zaman yanınızdayıq.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı, uzun ömür, növbəti prezidentliyiniz dövründə yeni-yeni nailiyyətlər arzu edirik.
Hörmətlə,
Abdulkərimov Telman Əsabəli oğlu,
“Həmrəylik” Dövlətçiliyinin Təbliği İctimai Birliyinin Şəki şəhər təşkilatının sədri.
Azərbaycan Respublikası, Şəki şəhəri.