02 mart 2024, 18:01

Zaur Əsədovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Otuz ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavanlığı yolunda yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Zaur Əsədov, Saatlı Sukanal sahəsinin rəisi.

Azərbaycan Respublikası, Saatlı rayonu.