Ayxan Abdullayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz öz zəhmətiniz, iti zəkanız, fitri qabiliyyətiniz ilə ən yüksək zirvələrə yüksəlmisiniz. Bu uca zirvələrin yolları keşməkeşli olsa da, polad iradəniz, dönməz xarakteriniz, şəxsiyyət bütövlüyünüz bu zirvələri fəth etməkdə Sizə kömək etmişdir.
Siz bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müzəffər dövlət başçısısınız. Sizin Azərbaycana iyirmi ildən çox rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Siz həyatınızı ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmisiniz.
Sizi növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah Sizə cansağlığı və uzun ömür versin.
Hörmətlə,
Abdullayev Ayxan Ayaz oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri