02 mart 2024, 18:55
Vüsal Rzayevdən, Daşkəsən, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi xalqımızın mütləq səs çoxluğunu qazanaraq inamlı qələbə ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür diləyir, ən xoş istəklərimizi bildiririk.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni qələbələr, uğurlar arzulayırıq.
Hər bir daşkəsənli Sizinlə fəxr edir, qürur duyur.
Ulu Tanrı həmişə Sizi qorusun!
Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi adından hörmətlə,
Rzayev Vüsal Müseyib oğlu
Azərbaycan Respublikası, Daşkəsən şəhəri.