Təmraz Fazilovdan, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezident,
Bu gün Azərbaycan böyük arenada öz sözünü deyə bilən bir ölkədir . Ölkəmiz, Vətənimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətdə yeni uğurlar arzulayıram. Sizə bütün Azərbaycan xalqının vahid lideri və Ali Baş Komandanı kimi bu müqəddəs və haqq işində bizə bəxş etdiyiniz qələbələr üçün sonsuz təşəkkürümü bildirirəm.
Sizin siyasətiniz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamı və Azərbaycanı işıqlı gələcəyə aparacaq yeganə siyasətdir.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi kəndimizin sakinləri adından ürəkdən təbrik edir, Sizə uzun ömür, Azərbaycanın daha da inkişafı yolunda uğurlar arzulayıram.
Hörmətlə,
Fazilov Təmraz Baxış oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi