04 mart 2024, 09:15

Rəhman Rəhmanlıdan, Laçın, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı Sizin gördüyünüz böyük işlərə yüksək qiymət verdi, görüləcək işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdi.

Sizin sayənizdə mən bu gün Laçının, öz doğma yurdumun abadlaşdırılmasında çalışıram. Bundan böyük fəxr, qürur hissi ola bilməz. Çox sağ olun, cənab Prezident!

Siz bizim əbədi və əzəli Rəhbərimizsiniz. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ailə üzvlərimin adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Rəhmanlı Rəhman Arif oğlu

Azərbaycan Respublikası, Laçın rayonu.