04 mart 2024, 09:19
Hidayət Salayevdən, Salyan, Azərbaycan
Hörmətli cənab İlham Əliyev.
Sizi yenidən Prezident olduğunuza görə təbrik edirəm. Qalib ölkənin qalib Lideri olduğunuza görə biz Sizinlə fəxr edirik. Seçkilərdə iştirak edib ailə üzvlərimlə birlikdə Sizə səs verdim.
Ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində müstəqil Azərbaycan regionun lider ölkəsinə, dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız məhz Sizin uğurlu işləriniz, qurduğunuz Ordu nəticəsində azad olundu. 44 günlük müharibədə Siz sübut etdiniz ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına bərpa etmək qüdrətinə malikdir.
Allah Sizi və dövlətimizi qorusun. Sizə həyatda daim uğurlar arzulayıram.
Hörmətlə,
Hidayət Salayev
Azərbaycan Respublikası, Salyan rayonu, Arbatan kəndi.