04 mart 2024, 09:29

Sabir Sərxanovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 7 fevral seçkiləri ölkəmizin bütün suveren ərazisində keçirilməklə, Azərbaycan tarixinə əbədi həkk olundu. Qalib xalqımız iradəsini bir daha nümayiş etdirdi, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edən dövlət başçısını yenidən Prezident seçdi.

Müdrik dövlət başçımız, xalqın Sizə inamı, etimadı sonsuzdur. Çünki, düşünülmüş siyasətiniz, həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəmizdə hər bir sahə uğurla inkişaf edib, vətəndaşlarımızın firavanlığı artıb. Azərbaycan dövlətinin və xalqının tərəqqisi üçün irəliyə doğru inamla addımladığınız yollar açıq və işıqlı olsun! Əminəm ki, Azərbaycan dövləti Sizin rəhbərliyinizlə öz qüdrətini daha da artıracaq. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Sabir Sərxanov

Azərbaycan Respublikası, Saatlı şəhəri.