Əmrah Qurbanovdan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
44 günlük Vətən müharibəsində Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız.
Cənab Prezident, bu gün Qarabağımız tam azaddır. Bütöv Azərbaycanımızda keçirilmiş prezident seçkiləri bir vətəndaş olaraq məni çox qürurlandırdı. Sizin Xankəndidə ailə üzvlərinizlə birlikdə səs verməyiniz suverenliyimizin bərpasının təsdiqi idi.
Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin qarşısında duran ümdə məsələlərin həllində güclü dözüm, səbir, uğurlar arzulayıram. Tanrı hər zaman yolunuzu açıq etsin!
Hörmətlə,
Qurbanov Əmrah Allahverdi oğlu.
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Muşavaq kəndi.