04 mart 2024, 10:32

Leyla Hüseynovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Növbədənkənar prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.

Möhtərəm cənab Prezident, Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışınız zamanı dediyiniz bu sözlər bizim üçün devizdir: “Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi”. Sizin rəhbərliyinizlə vətənpərvər övladlarımız tarix yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı.

Vətən məhəbbəti və milli dəyərləri hər şeydən üstün tutan Prezidentimizə – Sizə gələcək fəaliyyətinizdə cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayıram!

Hörmətlə,

Leyla İsa qızı Hüseynova

Azərbaycan Respublikası, Gəncə şəhəri.