Samir Həsənovdan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Otuz il işğal altında qalmış torpaqlarımız Sizin möhkəm siyasi iradəniz, qətiyyətiniz, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşməndən azad edildi və indi həmin torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Biz qalib ölkənin vətəndaşları kimi böyük qürur hissi keçiririk.
Müasir gənclər Sizin ideyalarınızla böyüdü. Sizin dövrünüzdə elə gənc nəsil yetişib ki, düşünmədən Vətən yolunda canından keçdi. Azərbaycan gənci olaraq yürütdüyünüz bu mükəmməl siyasəti dəstəkləyir və ölkəmizin gələcəyinin daha da uğurlu olacaqını əmin olduğumu bildirirəm. Azərbaycan gənci daim Sizinlədir.
Sizi növbədənkənar prezident seçkilərində əldə etdiyiniz tarixi qələbə münasibətilə özümün, ailə üzvlərimin və rayonumuzun gəncləri adından ürəkdən təbrik edirəm. Azərbaycan dövlətinin tərəqqisi və xalqımızın rifahı naminə şərəfli dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Uca Allah daim Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Həsənov Samir
Azərbaycan Respublikası, Daşkəsən rayonu