04 mart 2024, 12:58
Hikmət Kərimovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm Ali Baş Komandan,
Bu il fevralın 7-də keçirilmiş Zəfər seçkisində növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz üçün Sizi, ailə üzvlərinizi, Vətənini və dövlətini sevən bütün vətəndaşlarımızı ürəkdən təbrik edir, Sizə qarşıdakı illərdə işlərinizdə uğurlar arzulayıram.
Praqmatik və uğurlu siyasətin davam etdirilməsi sözsüz ki, ölkəmizin qarşısında yeni üfüqlər açacaq, Azərbaycan xalqına daha xoş günlər gətirəcəkdir. Sizin qədəm basdığınız yerdə hər zaman sevinc, firavanlıq olub, insanların üzü gülüb.
Seçkilərdəki zəfəriniz həm Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olsun!
Hörmətlə,
Hikmət Kərimov
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.