Zaur Hüseynovdan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Siz indiyənədək xalqımızın bütün arzularını həyata keçirmisiniz. Xüsuslə uzun illər səbirsizliklə gözlədiyimiz ən ümdə arzumuz – Qarabağın işğaldan azad olunması xəyalımız gerçəkliyə çevrildi.
Sizin rəhbərliyinizlə Azərbaycan tarixinə hələ bir çox şanlı səhifələr yazılacaq, xalqımıza daha böyük zəfərlər bəxş edəcəksiniz.
Fevralın 7-də keçirilən seçkilər mənim üçün böyük bayram, möhtəşəm qələbə idi. Mən və ailə üzvlərim işğaldan azad edilən Füzulidə səs verdik. Sizə verdiyimiz bu səslər Qəlbimizin dərinliyindən gələn minnətdarlığın da səsi idi.
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ailə üzvlərimlə birlikdə təbrik edir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzu edirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Hüseynov Zaur Fərrux oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu