Taleh Mansurovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkəmizin bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər, beynəlxalq miqyasda nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi Sizin adınızla bağlıdır. Siz müdrik siyasətinizlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirmisiniz. Xalqa verdiyiniz bütün vədləri yerinə yetirmisiniz, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarmısınız. Mən bir gənc olaraq Sizinlə fəxr edirəm. Azərbaycan gəncləri qalib xalqın qalib lideri, müzəffər Ali Baş Komandan olaraq Sizin ətrafınızda sıx birləşib, yürütdüyünüz siyasəti dəstəkləyirlər.
Əminliklə deyə bilərik ki, Sizin rəhbərliyinizlə ötən 20 ildə əldə edilmiş nailiyyətlər bundan sonra da davam edəcəkdir. Xalqımız daha xoşbəxt həyat yaşayacaq, dövlətimiz daha da qüdrətlənəcək. Qarşıda bizi daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu zirvələri fəth etməkdə, hədəflərə çatmaqda Sizə tükənməz enerji, müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Taleh İsa oğlu Mansurov
Azərbaycan Respublikası, Bakı şəhəri