04 mart 2024, 15:00

Kərim Kərimovdan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident, qalib Ali Baş Komandan!

Azərbaycan xalqı və bütün dünya gördü ki, heç bir qüvvə Sizi haqq yolunuzdan döndərə bilməz. Siz haqq yolundasınız. Xalq da Sizin arxanızdadır. Ona görə də qısa müddət ərzində zəfər çaldıq, böyük əraziləri azad etdik, işğaldan azad olunan torpaqlarda heyrətamiz işlər gördük.

Vətənimin bu qürulu günlərində Sizi təbrik etmək mənə xoşbəxtlik hissləri verir. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə kəndimizin bütün sakinləri adından səmimi-qəlbdən təbrik edirəm.

Allah Sizi qorusun, möhkəm cansağlığı, güc-qüvvət versin!

Hörmətlə,

Kərimov Kərim Mehralı oğlu,

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Quşçu kəndi