Xoşgül Axundovadan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Ötən ii prezidentlik fəaliyyətinizin 20 ili tamam oldu. Bu dövrün respublikamızda hansı dəyişikliklərlə əlamətdar olduğu bu illərin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda olduqca aydın görünür.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda bu siyasətin dövrün çağırışlarından irəli gələrək zənginləşdirilməsi Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirdi.
Əminik ki, bundan sonra da Azərbaycanımız Sizin rəhbərliyinizlə inkişaf etməkdə davam edəcək.
Müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Hörmətlə,
Axundova Xoşgül Ağayar qızı, şəhid Əfqan Axundovun anası
Azərbaycan Respublikası, Salyan rayonu