Sadiq Məmmədovdan, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi prezident seçkilərində qazandığınız haqlı və şanlı qələbəniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Əmin idik ki, Siz bu seçkilərdə qalib gələcəksiniz. Mən də ailəmlə birlikdə seçkilərdə iştirak etdim və Sizə – öz layiqli Prezidentimizə səs verdik.
Biz Sizin daxili və xarici siyasətinizi çox bəyənirik. Bütün nüfuzlu arenalarda dövlətimizi layiqincə təmsil edirsiniz. 30 il işğal altında olmuş torpaqlarımızı Sizin Ali Baş Komandanlığınız altında azad etdik.
Torpağı qorumadınsa əkməyə dəyməz, əkmədinsə qorumağa dəyməz. Torpaq uğrunda ölən varsa Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin!
Sizə ehtiramımız böyükdür.
Hörmətlə,
Məmmədov Sadiq Nazim oğlu
Azərbaycan Respublikası, Goranboy rayonu, Kələk kəndi.