04 mart 2024, 16:05

Süleyman Cəfərovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirmisiniz.

Hazırda Azərbaycan tarixi boyu malik olduğu ən güclü dövrü yaşayır. Sizin sayənizdə xalqın qarşısında duran ən böyük problem – Qarabağ münaqişəsi uğurla həll olundu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə regionda öz şərtlərini diktə edən və bölgə üçün yeni inkişaf modelini yaradan dövlətə çevrildi.

Fevral ayının 7-də xalqımız Sizin uzaqgörənliyinizə, siyasi iradənizə və inkişafımıza səs verdi.

Sizi növbədənkənar prezident seçkilərində əldə etdiyiniz tarixi qələbə münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Cəfərov Süleyman Kərəm oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri