04 mart 2024, 16:16

Fuad Həsənzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Siz Azərbaycana rəhbərlik etdiyiniz ötən iyirmi il ərzində Ulu Öndərimiz Heydər Əliyevin ideallarına sadiq qalaraq ölkəmizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəldilməsi, əzəli torpaqlarımızın işğaldan azad edilməsi üçün yorulmadan çalışmış, qarşıya qoyduğunuz hədəflərə nail olmusunuz. Gördüyünüz işlərin miqyası ölçüyəgəlməzdir. Əldə edilmiş tarixi uğurlar respublikamızı yeni inkişaf mərhələsinə çıxarıb və xalqımıza böyük sevinc bəxş edib.

Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, ölkəmiz çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü olmayıb. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi Liderimiz var. Siz bizə suverenliyimizin tam bərpasının, üçrəngli Bayrağımızın Qarabağımızda vüqarla dalğalanmasının xoşbəxtliyini yaşatmısınız. Sizə minnətdarıq.

Qalib xalqın qalib lideri olaraq Sizə cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Fuad Maqsud oğlu Həsənzadə

“Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin kollektivi adından

Azərbaycan Respublikası, Bakı şəhəri