04 mart 2024, 16:27

Rəhimə Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi tanınması Sizin sayənizdədir.

Xalqın öz Liderinə dəstək verməsi, onun ətrafında səx birləşməsi bu dövləti yenilməz, güclü edir.

Sizi prezident seçkilərində qalib gəlməyiniz münasibətilə özümün və oğlumun adından təbrik edirəm.

Qalib xalqın qalib Liderinə zəfər yaraşır.

Hörmətlə,

Hüseynova Rəhimə Ələkbər qızı

Azərbaycan Respublikası, Bakı şəhəri