04 mart 2024, 17:11

Şakir Yusibovdan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Siz, Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmisiniz.

Əzmkarlığınız və prinsipial mövqeyiniz respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını şərtləndirdi.

Cənab Prezident, Sizə möhkəm cansağlığIı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Yusibov Şakir Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Dağ Cəyir kəndi.