04 mart 2024, 17:32

Cengiz Güldamlasıdan, Bakı, Azərbaycan

Zati-aliləri, möhtərəm cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə ölkənin bütün ərazisində keçirilən seçkilərdəki qələbəniz daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətləri yüksək qiymətləndirən Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan sonsuz etimadının bariz təzahürüdür.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar, bütün Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Cengiz Güldamlası

Azərbaycan Respublikası, Bakı şəhəri