Hüseyn Nağdızadədən, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mən bu il ilk dəfə səsvermə hüququna sahib olan ölkə vətəndaşı kimi seçki prosesində iştirak etdim. İlk səsimi Sizə verdiyim üçün qürur hissi duyuram.
Bu gün Azərbaycan xalqı Sizin rəhbərliyinizlə inamla irəliləyir. İşğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi, həmin ərazilərin yenidən qurulması, bərpası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi Sizin mahir sərkərdəlik bacarığınızdan, müdrik siyasətinizdən irəli gəlir. Bu tarixin şahidi olduğum üçün şərəf hissi duyuram.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi və xalqımızın rifahının daha da yaxşılaşması üçün yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Hüseyn Maqsud oğlu Nağdızadə, Odlar Yurdu Universitetinin 2-ci kurs tələbəsi
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.