İlham Şəbiyevdən, Bakı, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Azərbaycana misli görünməmiş nailiyyətlər qazandırmısınız, xalqın firavanlığı üçün böyük işlər görmüsünüz. Sizin komandanlığınızla Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər “Dəmir yumruğ”unuzun gücünü, ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Məhz Sizin sayənizdə ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş müstəqil ölkəmizdə ilk seçkilər keçirildi. Bu, olduqca qürurvericidir. Seçkilərdə fəal iştirak etməklə xalqımız sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, təhlükəsizliyə səs verdi, eyni zamanda qətiyyətli, cəsarətli Liderinin yanında olduğunu, onun müdrik siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi.
Hörmətli Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın daim zəfərlər əldə edəcəyinə, xalqımızın firavan həyat sürəcəyinə əminik. Sizin kimi uzaqgörən, Vətənini və xalqını sevən Liderimizin olması ilə fəxr edirik. Var olun!
Dərin hörmətlə,
İlham Nicatxan oğlu Şəbiyev, ehtiyatda olan tibb xidməti mayoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi